Bu ucuz tərəvəzin faydaları sizi təəccübləndirəcək

Bu ucuz tərəvəzin faydaları sizi təəccübləndirəcək Sağlamlıq

Yaşıl soğan yaz mövsümünün ən faydalı, lakin çox vaxt diqqətdən kənarda qalan tərəvəzlərindən biri hesab olunur. Mütəxəssislərin fikrincə, onun tərkibində təbii antibiotik təsirinə malik birləşmələr var və müntəzəm istifadəsi orqanizmə bir sıra müsbət təsirlər göstərir.

News24.az xəbər verir ki, bu barədə “abcZdrowie” nəşri məlumat yayıb.

Bildirilib ki, yaşıl soğan aşağı kalorili məhsuldur. O, C, K və B9 vitaminləri, həmçinin kalium, kalsium və maqnezium kimi minerallarla zəngindir. Yaşıl soğanın tərkibindəki kükürdlü birləşmələr antibakterial və göbələk əleyhinə xüsusiyyətlərə malikdir.

Nəşrin məlumatına görə, yaşıl soğan immun sistemini gücləndirməyə, iltihabı azaltmağa, ürək-damar sağlamlığını dəstəkləməyə və həzmi yaxşılaşdırmağa kömək edir. Tərkibindəki kalium qan təzyiqinin tənzimlənməsinə, liflər isə bağırsaq fəaliyyətinin yaxşılaşmasına müsbət təsir göstərir.

Mütəxəssislər yaşıl soğanın daha çox çiy halda istifadə edilməsini tövsiyə edirlər. Bununla belə, həssas həzm sistemi, mədə problemləri və ya müəyyən qan durulaşdırıcı dərmanlar qəbul edən şəxslərin ehtiyatlı olmaları məsləhət görülür.

Qeyd olunur ki, yaşıl soğanın mövsümü qısa olduğundan ondan müntəzəm və ölçülü şəkildə istifadə etmək sağlamlıq üçün faydalıdır.