Bu vərdiş spirtli içki asılılığının ilk əlamətidir

Bu vərdiş spirtli içki asılılığının ilk əlamətidir Sağlamlıq

Sosial şəbəkələrdə səhər yeməyi zamanı bir qədəh şampan içmək dəbdəbəli həyat tərzinin və estetik görüntünün simvolu kimi təqdim olunsa da, mütəxəssislər bunun sağlamlıq üçün təhlükəli vərdişə çevrilə biləcəyi barədə xəbərdarlıq edirlər.

News24.az xəbər verir ki, bu barədə "AlkoSpas" klinikasının baş həkimi, psixiatr Marina Alekseyeva bildirib. O qeyd edib ki, arabir istirahət zamanı şampan içmək asılılıq əlaməti sayılmır. Lakin problem spirtli içkinin günə başlamağın ayrılmaz hissəsinə çevrildiyi zaman ortaya çıxır.

Onun sözlərinə görə, son illərdə sosial media və lüks həyat tərzini təbliğ edən paylaşımlar şampanı adi spirtli içkidən daha çox uğur, rahatlıq və rifahın simvolu kimi göstərir. Nəticədə bayram günləri ilə gündəlik həyat arasındakı sərhəd getdikcə silinir.

Mütəxəssis vurğulayıb ki, təhlükə təkcə şampan görüntülərinin paylaşılmasında deyil, bu paylaşımların insanlarda belə davranışı normal və gündəlik qəbul etdirməsindədir.

"İnsan hər gün sosial şəbəkələrdə gözəl təqdim olunmuş spirtli içki görüntüləri gördükdə, beyin bunu adi həyat tərzi kimi qəbul etməyə başlayır. Məhz bu, gələcəkdə spirtli içkiyə bağlılıq riskini artırır", – deyə Alekseyeva qeyd edib.