Çox pivə içənlər təhlükədədir - Mütəxəssisdən xəbərdarlıq

Çox pivə içənlər təhlükədədir - Mütəxəssisdən xəbərdarlıq Sağlamlıq

Yay mövsümünün yaxınlaşması ilə ağcaqanadlarla bağlı xəbərdarlıqlar yenidən gündəmə gəlib.

News24.az xəbər verir ki, hər il dünyada orta hesabla 760 min insan ağcaqanadların yaydığı xəstəliklər səbəbindən həyatını itirir.

Alimlərin sözlərinə görə, insanları yalnız dişi ağcaqanadlar dişləyir. Onlar hədəflərini nəfəslə xaric olunan karbon qazı, bədənin qoxusu, istilik və rütubət kimi amillərə görə seçirlər.

Mütəxəssislər isə ağcaqanadların müəyyən qan qrupundan olan insanları sancması ilə bağlı iddiaların elmi əsası olmadığını deyirlər. Onların fikrincə, ağcaqanad sancmalarında qan qrupu, saç və ya göz rəngi rol oynamır.

Bu həşaratlar daha çox pivə içənlər cəlb edir. Bunun səbəbi isə bədəndə hərarətin və karbon qazının artmasıdır.

Mütəxəssislər qorunmaq üçün ağcaqanad torlarından, qoruyucu vasitələrdən və bədəni örtən geyimlərdən istifadə etməyi tövsiyə edirlər