Danq qızdırması sürətlə yayılır
Sağlamlıq
ABŞ-nin Florida ştatında 485 nəfər danq qızdırmasına yoluxub.
News24.az xəbər verir ki, yoluxma hallarının təxminən 95 faizi Tampa-Bey bölgəsində qeydə alınıb.
Məlumata görə, oktyabrın 18-dən 24-dək ştatda 60 yeni yoluxma halı aşkarlanıb.
Sentyabrın sonunda Hillsboro, Pasco və Pinellas dairələrində infeksiyanın yayılması səbəbindən fövqəladə vəziyyət elan edilib.
Bu qərar insektisidlərin alınması və ərazilərdə dərmanlama işlərinin sürətləndirilməsinə imkan verib. Virusun yayılması davam etdiyindən Hillsboro dairəsində fövqəladə vəziyyət rejimi uzadılıb.
Yerli yoluxma halları xaricə səfərlə əlaqəli yoluxmalardan ayrı qeydə alınır.
İlin əvvəlindən Florida ştatında 300-dən çox xaricdən gətirilmiş dang qızdırması halı aşkarlanıb.
Qeyd edək ki, Danq qızdırması “Aedes” cinsinə aid infeksiyalı ağcaqanadların dişləməsi ilə yayılan virus xəstəliyidir. Xəstəlik yüksək hərarət, əzələ və oynaq ağrıları, ürəkbulanma və səpgilərlə müşayiət oluna bilər. Ağır hallarda ciddi fəsadlar, hətta ölüm baş verə bilər.
Digər ağcaqanadlardan fərqli olaraq, dang virusunu yayan ağcaqanadlar əsasən gündüz saatlarında aktiv olurlar.
Onlar isti və rütubətli mühitdə, durğun su olan qablarda sürətlə çoxalırlar. Hətta az miqdarda su belə onların çoxalması üçün kifayət edə bilər.