Davamlı bədən ağrıları fibromiyalgiyanın əlaməti ola bilər

Davamlı bədən ağrıları fibromiyalgiyanın əlaməti ola bilər Sağlamlıq

Fibromiyalgiya bədəndə yayılan ağrılar, yorğunluq, zəiflik və yuxu pozğunluğu ilə ortaya çıxan xroniki xəstəlikdir.

News24.az xəbər verir ki, mütəxəssislərin fikirlərinə gör, bu problem çox vaxt başqa xəstəliklərlə səhv salınır.

Fiziki müalicə və bərpa üzrə mütəxəssis Nazar Nur Yılmaz deyib ki, təkcə dərman istifadəsi fibromiyalgiyanın müalicəsində kifayət etmir. Onun sözlərinə görə, şəxsə uyğun məşqlər, düzgün qidalanma və əlavə dəstəkləyici üsullar da vacib rol oynayır.

Mütəxəssis qeyd edib ki, bəzi hallarda maqnezium əlavələri, xüsusi qidalanma proqramı və müxtəlif dəstəkləyici müalicələrdən istifadə olunur, lakin hər xəstəyə eyni müalicə tətbiq edilmir.

Həkim uzun müddət davam edən ağrı və yorğunluq yaşayan insanlara vaxtında mütəxəssis müayinəsindən keçməyi tövsiyə edib.