Diqqət: Ayaqlarda şişkinlik bu problemlərlə nəticələnə bilər
Sağlamlıq
Ayaqlarda günün sonunda yaranan şişkinlik və ağırlıq hissi qan dövranı problemlərinin əlaməti ola bilər.
News24.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, xüsusilə bir ayaqda qəfil şişkinlik, ağrı, yanma hissi və ya dəri rənginin dəyişməsi müşahidə olunarsa, həkimə müraciət etmək vacibdir.
Uzun müddət oturmaq və ya ayaqüstə qalmaq da bu şikayətləri artıra bilər. Mütəxəssislər müntəzəm hərəkət etməyi, gəzintiyə çıxmağı və ayaqları istirahət etdirməyi tövsiyə edirlər.