Dişlər üçün ən təhlükəli məhsul açıqlandı
Sağlamlıq
Stomatoloq Aleksey Antipenko şəkərsiz konfet və batonların dişlərə zərər verdiyini bildirib.
News24.az xəbər verir ki, həkim “Pravda.Ru”ya açıqlamasında bu məhsulların tərkibində şəkər əvəzediciləri və digər karbohidratların olduğunu deyib.
Onun sözlərinə görə, batonlar dişlərə yapışaraq uzun müddət ağızda qala bilər. Bu zaman bakteriyalar həmin qalıqlardan istifadə edir və diş minasına zərər verən turşular əmələ gətirir.
Stomatoloq həmçinin enerji içkiləri və digər idman qidalarından həddindən artıq istifadə etməməyi də tövsiyə edib. Bu məhsulların tərkibindəki şəkər və turşular diş minasını zəiflədə və həssaslığı artıra bilər.
Həkim belə məhsullardan istifadə etdikdən sonra ağız boşluğunu su ilə yaxalamağı məsləhət görüb.