Diyetoloqların fəaliyyətinə nəzarət gücləndiriləcək – RƏSMİ
Sağlamlıq
Diyetologiya ve nutrisiologiya sahəsi üzrə çalışan mütəxəssislərin fəaliyyətinə nəzarət gücləndiriləcək.
News24.az xəbər verir ki, bu barədə məlumat Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda əks olunub.
Dövlət Proqramınin həyata keçirilməsinə dair Tədbirlər Planına görə, bununla bağlı icraçı qurum kimi AQTA, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi və TƏBİB müəyyən olunub.
İcra müddəti isə 2027-2032-ci illəri əhatə edəcək.
Bu dövr ərzində Diyetologiya ve nutrisiologiya sahəsi üzrə çalışan mütəxəssislərin qeydiyyatının aparılması, normativ hüquqi bazanın yaradılması və mütəxəssislərin fəaliyyətinin təkmilləşdirilməsi üçün təlimlərə cəlb edilməsi nəzərdə tutulub.