Dərmansız təzyiqi azaltmağın sirri – diyetoloqlar 4 əsas içkini açıqladı
Sağlamlıq
Gündəlik içki seçimləri insanların düşündüyündən daha çox arterial təzyiqə təsir edə bilər. Buna görə dörd diyetoloq “Verywell Health” üçün təzyiqi azaltmağa kömək edən ən yaxşı içkiləri açıqlayıb.
News24.az xəbər verir ki, ekspertlərin fikrincə, onlardan biri nar şirəsidir.
Bu şirə gündə 1 stəkan qəbul edildikdə arterial təzyiqi azaltmağa kömək edə bilər.
Nar şirəsi kalium və antioksidantlarla zəngindir. Bu maddələr orqanizmdə azot oksidinin yaranmasına dəstək verir. Azot oksidi damarların genişlənməsinə kömək edir, qan axınını yaxşılaşdırır və təzyiqin idarə olunmasını asanlaşdıra bilər.
Mütəxəssislər qeyd edirlər ki, yaşıl çay da sağlam təzyiqi dəstəkləyən faydalı içkidir. Yaşıl çay damarların rahatlamasına kömək edir, qan dövranını yaxşılaşdırır, antioksidantlarla zəngindir, iltihab əleyhinə təsir göstərir.
Yaşıl çay həm də kofeinə malikdir və səhər qəhvəsinə yaxşı alternativ ola bilər. Ən yaxşısı şəkərsiz içilməsidir.
Bunlarla yanaşı,hibiskus (Məkkəgülü) çayı təzyiqi azaltmaq üçün elmi olaraq ən çox sübut olunmuş təbii içkilərdən biridir.
Hibiskus damarların genişlənməsinə kömək edir, qan dövranını yaxşılaşdırır, həm sistolik, həm diastolik təzyiqi azalda bilər, antioksidant təsir göstərir, xolesterin səviyyəsinə müsbət təsir edə bilər.
Diyetoloqların təzyiq üçün faydalı içkilər dördlüyünü çuğundur şirəsi tamamlayır. Çuğundur yüksək miqdarda təbii nitratlar ehtiva edir, damarları genişləndirir, iltihabı azaldır, kalium, maqnezium və C vitamini ilə zəngindir.
Lakin unutmamalıyıq ki, daha sağlam orqanizm üçün sağlam qida ilə yanaşı gündə ən az 30 dəqiqə, həftədə 5 gün hərəkət (gəzinti, rəqs, velosiped və s.) tövsiyə olunur.