Ebola ilə hantavirus müqayisə edildi – Təhlükəli detallar AÇIQLANDI
Sağlamlıq
Ebola hantavirusdan ötürülmə üsuluna görə daha təhlükəlidir.
News24.az xəbər verir ki, bunu Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin baş elmi əməkdaşı, virusoloq Anatoli Altşteyn bildirib.
O qeyd edib ki, Ebola ilə hantavirusun simptomları ciddi şəkildə fərqlənir.
Təhlükə baxımından Ebola daha riskli törədicidir və yüksək ölüm göstəricisinə səbəb olur, hantavirus isə insanlar arasında çox zəif yayılır.
Bununla yanaşı, o vurğulayıb ki, may ayında MV Hondius kruiz gəmisində aşkarlanan variant kifayət qədər yüksək ölüm faizi ilə xarakterizə olunur.
“Ölüm göstəricisi baxımından onlar bir-birinə yaxındır. Amma gəmidə aşkarlanan həmin hantavirus ştammı daha az qanaxma yaradır, əvəzində ürək və ağciyərlərin zədələnməsinə daha çox səbəb olur”, - deyə virusoloq bildirib.
Altşteyn qeyd edib ki, insanlar Ebola virusuna heyvanlardan yoluxurlar. Daha sonra virus xəstə insanın bioloji mayeləri ilə birbaşa təmas və həmin mayelərlə çirklənmiş səthlər vasitəsilə yayılır.
Qeyd edək ki, mayın 17-də Ümumdünya Səhiyyə Təşkilatı Ebola epidemiyasının Konqo Demokratik Respublikası və Uqanda ərazisində ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət yaratdığını elan edib. Təşkilatın məlumatına görə, xəstəliyin beynəlxalq yayılması halları qeydə alınıb. /TASS/