Ebola virusundan ölənlərin sayı artd
Sağlamlıq
Konqo Demokratik Respublikasının şərqində Ebola virusundan 118 nəfər ölüb.
News24.az xəbər verir ki, bu barədə ölkə hökumətinin nümayəndəsi Patrik Muyayya “Radio Okapi”-yə açıqlamasında bildirib.
“Ölüm hallarının həqiqətən virusla bağlı olub-olmadığını müəyyənləşdirmək üçün araşdırmalar davam edir”, — deyə Muyayya qeyd edib.
O əlavə edib ki, mütəxəssislər bütün yoluxma ehtimallarını diqqətdə saxlayırlar.
Hökumət nümayəndəsinin sözlərinə görə, İturi və Şimali Kivu vilayətlərində artıq 435 belə hal qeydə alınıb.
Muyayya yerli əhalini sakit olmağa və profilaktik tədbirlərə əməl etməyə çağırıb.
Qeyd edək ki, ebolanın hazırkı episentri olan İturi vilayətindən ilk siqnallar mayın 5-də daxil olub.
Doqquz gün sonra isə həkimlər infeksiyanın törədicisini - Ebola-Bundibuqyo virusunu aşkarlayıblar.
Bundan sonra Konqo Demokratik Respublikası və qonşu Uqanda da Ebola qızdırmasının yayılması elan edilib.
Mayın 17-nə keçən gecə Ümumdünya Səhiyyə Təşkilatı bu ölkələrdəki Ebola epidemiyasını beynəlxalq fövqəladə vəziyyət kimi tanıyıb.