Elçin Hüseynov mədə kiçiltmə əməliyyatı etdirib, 45 kiloqram arıqlayıb

Elçin Hüseynov mədə kiçiltmə əməliyyatı etdirib, 45 kiloqram arıqlayıb Sağlamlıq

Müğənni Elçin Hüseynov 8 ay ərzində 45 kiloqram çəki itirib.

Sənətçinin mətbuat katibi Zəminə Rüstəmova bildirib ki, Elçin Hüseynovun arıqlamasına səbəb mədə kiçiltmə əməliyyatı olub:

“Çəkisi çox idi. Arıqlamaq istəyirdi. Ona görə də əməliyyat etdirdi. Əməliyyat olunandan 8 ay keçir. Yaxın aylarda bir ili tamam olacaq. Bu günə kimi 45 kiloqram çəki itirib”.

Zəminə Rüstəmova Elçin Hüseynovun səhhətinin normal olduğunu vurğulayıb: “Sağlamlığı ilə bağlı müalicə də olunur”. /Qaynarinfo.az/