Əllərdə əsmə nədən xəbər verir?
Sağlamlıq
Əllərdə əsmə (tremor) yarandıqda ilk növbədə mütəxəssisə müraciət etmək və müayinədən keçmək lazımdır.
News24.az xəbər verir ki, bu barədə nevroloq Regina Qolovaçeva açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, qəbul zamanı həkim əsmənin yaranma şəraitini dəqiqləşdirir, anamnezi öyrənir, pasiyentin yaşını nəzərə alır və nevroloji baxış keçirir. Bundan sonra, ehtiyac yaranarsa, əlavə testlər və müayinələr təyin edilir, onların nəticələrinə əsasən isə müalicə seçilir.
Tremor stress, qorxu, həddindən artıq yorğunluq və ya soyuqlama fonunda yarana bilər.
Lakin bəzən o, sinir sisteminin xəstəlikləri və pozuntuları ilə bağlı olur.
Mümkün patoloji səbəblər arasında Parkinson xəstəliyi, dağınıq skleroz, insult və ya kəllə-beyin travmasının fəsadları, eləcə də şəkərli diabet göstərilir.