Gənə sancması ilə yayılan yeni virus aşkarlandı
Sağlamlıq
Çində alimlər gənə sancması ilə insanlara keçən yeni virus aşkar ediblər.
News24.az xəbər verir ki, ALTNV adlandırılan virus yüksək hərarət, halsızlıq və qripə bənzər əlamətlərə səbəb olur.
Araşdırma zamanı gənə sancmasından sonra xəstəxanaya müraciət edən 3000-dən çox şəxsin 10 faizindən çoxunda virus aşkarlanıb.
Alimlər bildirirlər ki, virus təkbaşına ağır xəstəlik yaratmır. Lakin başqa bir gənə virusu ilə birlikdə yoluxma zamanı xəstəlik ağırlaşa və ölümə səbəb ola bilər. İki virusa yoluxan xəstələrin təxminən 18 faizi həyatını itirib.