Hantavirusla bağlı narahatlıq artır - Yeni faktlar üzə çıxdı
Sağlamlıq
ABŞ alimləri hantavirusun gəmiricilər arasında gözləniləndən daha geniş yayıldığını açıqlayıblar.
News24.az-ın məlumatına görə, Hollandiya kruiz gəmisində baş verən hantavirus yoluxmasından sonra araşdırmalar sürətləndirilib.
“Mütəxəssislər bildirirlər ki, virus əsasən yoluxmuş gəmiricilərin sidiyi, nəcis qalıqları və tüpürcəyi nəticəsində yayılır. Qapalı məkanlarda bu qalıqlardan yaranan tozun havaya qalxması isə yoluxma riskini artıra bilər.
Araşdırmalar zamanı Vaşinqton və Aydaho ştatlarında bəzi gəmiricilərin virus daşıyıcısı olduğu müəyyən edilib.