Həddindən artıq tərləmə bəzi xəstəliklərin əlaməti ola bilər
Sağlamlıq
Gecələr davamlı və səbəbsiz tərləmə bəzi ciddi xəstəliklərin əlaməti ola bilər.
News24.az xəbər verir ki, mütəxəssislər belə halların diabet, qalxanabənzər vəz xəstəlikləri, infeksiyalar, menopoz və bəzi dərmanların təsiri ilə yanaşı, müəyyən xərçəng növləri ilə də əlaqəli ola biləcəyini açıqlayıblar.
Bununla yanaşı, həkimlər qeyd edirlər ki, bu əlamət stresin də nəticəsi ola bilər.
Onlar uzun müddət davam edən gecə tərləməsi, səbəbsiz çəki itkisi, qızdırma və digər narahatedici əlamətlər olarsa, həkimə müraciət etməyi tövsiyə edirlər.
İstilik, fiziki fəaliyyət və ya stres zamanı tərləmə isə normal fizioloji hal hesab olunur.