Həkimlərdən insult riski ilə bağlı XƏBƏRDARLIQ

Həkimlərdən insult riski ilə bağlı XƏBƏRDARLIQ Sağlamlıq

Mütəxəssislər axşam saatlarında bəzi vərdişlərin ürək-damar sağlamlığına mənfi təsir göstərə və insult riskini artıra biləcəyini açıqlayıblar.

News24.az xəbər verir ki, “Eating Well” jurnalına danışan qidalanma mütəxəssisləri Liz Vays və Rosanna Rast xüsusilə duzlu qidalar, spirtli içkilər və axşam saatlarında hərəkətsiz qalmaqla bağlı xəbərdarlıq ediblər.

Mütəxəssis Liz Vaysin sözlərinə görə, pizza, çips, emal olunmuş ət və digər duzlu qidaların çox istehlakı qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər. Yüksək qan təzyiqi isə insult üçün əsas risk amillərindən biridir.

Rast yatmazdan əvvəl spirtli içki qəbul etməyi də məsləhət görmür. Spirt qan təzyiqinə və damar sağlamlığına mənfi təsir göstərə, həmçinin yuxu keyfiyyətini poza bilər.

Bundan başqa, şəkərli qida və içkilərin müntəzəm istehlakının piylənmə, yüksək qan təzyiqi və 2-ci tip diabet riskini artıraraq insult ehtimalına təsir göstərə biləcəyi qeyd olunub.