Hər gün bunu edib ağrılardan xilas olun
Sağlamlıq
İdman bəzi hallarda ağrıkəsicilər qədər təsirli ola bilər.
News24.az xəbər verir ki, bununla bağlı Adelaide Universitetinin alimləri tədqiqat aparıblar.
Tədqiqatlarda 220 mindən çox insan iştirak edib.
Nəticələrə görə, pilates, tai-çi və digər yüngül məşqlər miqren, menstrual və xroniki ağrıları azalda bilər. İdman ağrını 10 ballıq şkala üzrə orta hesabla 1,1 bal azaldıb.
Alimlər bildiriblər ki, aşağı intensivlikli, təxminən 12 həftəlik məşqlər daha təsirlidir.
Həftədə 120 dəqiqədən az fiziki fəaliyyət də fayda verə bilər.
Bununla belə, məşqlər insanın sağlamlıq vəziyyətinə uyğun seçilməlidir.