Hər gün limonlu su içirsinizsə, bunu bilməlisiniz
Sağlamlıq
Limonlu su yalnız sərinləşdirici içki deyil, bəzi hallarda böyrək daşlarının yaranma riskini də azalda bilər. Lakin mütəxəssislər onun böyrəkləri toksinlərdən təmizlədiyi fikrinin doğru olmadığını bildirirlər.
News24.az xəbər verir ki, limonun tərkibindəki limon turşusu orqanizmdə sitrata çevrilir. Sitrat sidikdə kalsiumla birləşərək ən geniş yayılmış böyrək daşı növü olan kalsium-oksalat kristallarının yaranmasının qarşısını almağa kömək edə bilər.
2021-ci ildə aparılan araşdırmada gündə iki dəfə 60 ml təzə limon suyu qəbul edən kalsium-oksalat daşı olan insanlarda daşların yenidən yaranması riskinin 38 faiz azaldığı müəyyən edilib.
Bununla belə, böyrək daşlarının qarşısını almaqda əsas amil limon deyil, kifayət qədər maye qəbuludur. Sağlam böyrəklər orqanizmdəki tullantıları özləri xaric edir və xüsusi detoks içkisinə ehtiyac yoxdur.
Limonlu su bütün böyrək daşı növlərinə qarşı təsirli deyil. Daşların təkrarlanması halında onların analiz edilməsi və həkim nəzarəti ilə səbəbin müəyyənləşdirilməsi tövsiyə olunur.
Limon suyunun həddindən artıq istifadəsi isə diş minasının aşınmasına, mədə yanmasına səbəb ola bilər. Xroniki böyrək xəstəliyinin ağır mərhələlərində olan şəxslər isə maye və kalium qəbulu ilə bağlı limonlu suyu həkimlə məsləhətləşməlidirlər.