İldə bir dəfə hazırlanan bu salat ürəyimizi qoruyurmuş
Sağlamlıq
İsrailli kardioloq Herman Gandelman vinaqreti ürək və damar sağlamlığı üçün ən faydalı salatlardan biri adlandırıb.
News24.az xəbər verir ki, həkimin sözlərinə görə, vinaqretin əsas tərkib hissələrindən olan çuğundur azot oksidi ilə zəngindir. Bu maddə damarların genişlənməsinə və qan dövranının yaxşılaşmasına kömək edir.
Gandelman bildirib ki, məhz bu təsirə görə çuğundur potensiya problemləri zamanı da faydalı hesab oluna bilər.
Mütəxəssis əlavə edib ki, salata qatılan günəbaxan yağı omeqa-3 çoxlu doymamış yağ turşuları ilə zəngindir və bu maddələr ürək-damar sisteminə müsbət təsir göstərir.
Rusiyalı oftalmoloq Mixail Konovalov isə qeyd edib ki, vinaqret görmə üçün də faydalıdır. Onun sözlərinə görə, qaynadılmış yerkökünün tərkibində olan beta-karotin göz reseptorlarının möhkəmlənməsinə müsbət təsir edir. /Aif.ru/