İllərlə səhv etmişik: yumurtanın düzgün saxlanma üsulu açıqlandı
Sağlamlıq
“Simple Recipes” yazır ki, yumurtalar xarab olma riskini azaltmaq üçün iti ucu aşağı olmaqla saxlanmalıdır. Quşçuluq sahəsi üzrə mütəxəssislər və qida təhlükəsizliyi ekspertləri bunun üçün ciddi səbəblərin olduğunu bildirirlər.
News24.az xəbər verir ki, yumurtanın iti ucu aşağı yerləşdirildikdə onun daxili quruluşu daha yaxşı qorunur. Yumurtanın enli hissəsində hava kisəsi yerləşir və bu formada saxlamaq sarının mərkəzdə qalmasına, hava boşluğunun isə sabit vəziyyətdə olmasına kömək edir.
Mağazadan alınan yumurtalara diqqət etsəniz, onların əksər hallarda yumru tərəfi yuxarı yerləşdirildiyini görə bilərsiniz.
Ancaq ekspertlər vurğulayırlar ki, adi istehlakçı üçün yumurtanın hansı istiqamətdə saxlanılmasından daha vacib məsələ onun soyuducuda saxlanılmasıdır.
Əgər yumurtaları bəzən soyuducuya tələsik şəkildə yan və ya tərs qoymusunuzsa, narahat olmağa ehtiyac yoxdur. Yumurtalar bir-iki həftə ərzində istifadə olunacaqsa, onların hansı istiqamətdə saxlanılmasının böyük fərqi yoxdur:
Ancaq yumurtalar soyuducuda nə qədər uzun qalırsa, düzgün yerləşdirmənin əhəmiyyəti də artır. Buna görə toplu alış-veriş edənlərə yumurtaları iti ucu aşağı saxlamaq tövsiyə olunur.