"İnsan özü-özünə ürək masajı edə bilməz"

"İnsan özü-özünə ürək masajı edə bilməz" Sağlamlıq

Kardioloq Yuliya Marşintseva insanın özünə ürək masajı etməsinin tibbi baxımdan mümkün olmadığını bildirib.

News24.az-ın məlumatına görə, həkim qeyd edib ki, ürək-ağciyər reanimasiyası yalnız ürək fəaliyyəti və qan dövranı dayandıqda tətbiq olunur. Bu zaman insan huşunu itirdiyi üçün özünə ürək masajı etməsi fiziki cəhətdən mümkün deyil.

Marşintsevanın sözlərinə görə, ildırım vurması nəticəsində qısa müddətli ürək ritm pozğunluğu, zəiflik və ya huşun itirilməsi baş verə bilər. Lakin belə hallarda ürək dayanarsa, reanimasiya yalnız ətrafdakı şəxslər tərəfindən aparılmalıdır.

Kardioloq bu açıqlamanı Altay Respublikasında bir şəxsin ayıdan qaçarkən ildırım vurmasından sonra özünə ürək masajı etdiyi barədə yayılan məlumatları şərh edərkən səsləndirib.