İsti havada hansı içki orqanizmi daha yaxşı soyudur?

İsti havada hansı içki orqanizmi daha yaxşı soyudur? Sağlamlıq

İsti havada soyuq deyil, isti içkilərin orqanizmi daha effektiv sərinlədə biləcəyi müəyyən edilib.

News24.az xəbər verir ki, bu barədə “Discover” nəşri Ottava Universitetinin alimlərinin araşdırmasına istinadən məlumat yayıb.

Araşdırmaya görə, təxminən 50 dərəcə temperaturda olan isti su tərləməni artırır. Quru və isti iqlimdə tərin buxarlanması bədəni daha effektiv soyutduğu üçün orqanizmdə istiliyin toplanması azalır, lakin bu təsir yalnız quru havada müşahidə olunur. Rütubətli iqlimdə isə tər çətin buxarlandığından isti içkilər eyni effekti vermir.

Mütəxəssislər vurğulayırlar ki, isti havada əsas məsələ içkinin temperaturu deyil, kifayət qədər maye qəbul etməkdir. Onların sözlərinə görə, su ilə yanaşı, xiyar, pomidor və qarpız kimi tərkibində çox su olan məhsullar da orqanizmin maye ehtiyacını ödəməyə kömək edir.