Kardioloqdan xəbərdarlıq: Bu saatlarda açıq havaya çıxmayın

Kardioloqdan xəbərdarlıq: Bu saatlarda açıq havaya çıxmayın Sağlamlıq

Qızmar günəş altında gəzməyin sağlamlığa ciddi mənfi təsir göstərdiyini hər kəs bilir. Tanınmış kardioloq Mehmet Gültekin Ercan isə onun ən çox ürəyə mənfi təsir etdiyini, onu yüklədiyini açıqlayıb.

News24.az xəbər verir ki, həkim xüsusilə saat 12:00-15:00 aralığında açıq havada olmamağı tövsiyə edib. O bildirib ki, isti havanın təsiri nəticəsində maye itkisi və təzyiqin düşməsi ürəyi zəif olanları təhlükə qarşısında qoya bilər.

Bu səbəbdən də mütəxəssis isti havalarda bol su içməyin, ağır fiziki fəaliyyətdən uzaq durmağın və açıq rəngli, nazik geyimlərdən istifadə etməyin vacib olduğunu bildirib.