Kompüterdə işləyərkən bunu etməyin! - Baş ağrısına səbəb olur

Kompüterdə işləyərkən bunu etməyin! - Baş ağrısına səbəb olur Sağlamlıq

Kompüter qarşısında uzun müddət işləmək göz yorğunluğuna və baş ağrısına səbəb ola bilər.

News24.az xəbər verir ki, bu barədə oftalmoloq və göz cərrahı Sino Qoziyev “Gazeta.Ru”ya açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, uzun müddət yaxın məsafəyə baxmaq gözlərin fokuslanmasını çətinləşdirir. Bundan başqa, ekranın həddindən artıq parlaq olması, kiçik şriftlər və monitordan düzgün məsafədə oturmamaq da göz yorğunluğunu artırır.

Qoziyev gərginliyi azaltmaq üçün müntəzəm fasilələr verməyi, ara-sıra uzağa baxmağı, tez-tez göz qırpmağı və otağın işıqlandırmasını tənzimləməyi tövsiyə edib.

O qeyd edib ki, hər baş ağrısı görmə ilə bağlı deyil. Ağrı təkrarlanırsa, güclənirsə və ya ürəkbulanma ilə müşayiət olunursa, həkimə müraciət etmək lazımdır.