Şəkərin gözlənilməz təsiri ortaya çıxdı

Şəkərin gözlənilməz təsiri ortaya çıxdı Sağlamlıq

Uşaqlıq dövründə həddindən artıq şəkər qəbulunun gələcəkdə narahatlıq riskinə təsir göstərə biləcəyi müəyyənləşdirilib.

News24.az xəbər verir ki, Surrey Universitetinin alimləri

1951–1956-cı illərdə doğulan 45 mindən çox insanın tibbi məlumatlarını təhlil ediblər.

Bu dövr Böyük Britaniyada şəkər qıtlığı və onun sonrakı illərdə aradan qaldırılması ilə xarakterizə olunub.

Həmin illərdə tətbiq edilən şəkər məhdudiyyəti zamanı böyüklərin gündəlik şəkər istehlakı təxminən 40 qramla məhdudlaşdırılıb.

Alimlər ana bətnində və həyatının ilk aylarında bu məhdudiyyətə məruz qalan insanları heç vaxt şəkər qıtlığı yaşamayan şəxslərlə müqayisə ediblər.

Məlum olub ki, daha uzun müddət şəkər məhdudiyyətinə məruz qalan şəxslərdə şirin qidalara üstünlük daha aşağı olub və yetkinlik yaşında narahatlıq riski 33 faiz az olub.

Bundan əlavə, bu qrupda narahatlıq və depressiyanın daha gec yaşlarda başladığı müəyyənləşdirilib.

Uzun müddət şəkər məhdudiyyəti yaşayanlarda narahatlığın başlanmasının orta yaşı təxminən 62, məhdudiyyət yaşamayanlarda isə 55 olub.

Alimlər hesab edirlər ki, həyatın ilk 1000 günü beynin inkişafı baxımından xüsusilə vacib dövrdür. Bu mərhələdə qidalanma beynin strukturunda uzunmüddətli dəyişikliklərə səbəb ola bilər.

Tədqiqat müəllifləri şəkərlə zəngin qidalanmanın əhval-ruhiyyənin tənzimlənməsində mühüm rol oynayan serotonin sisteminə təsir göstərə biləcəyini bildiriblər.