Şəkərli diabet riskini azaltmağın yolları

Şəkərli diabet riskini azaltmağın yolları Sağlamlıq

Şəkərli diabetin yaranma riskini artıran əsas amillər və xəstəlikdən qorunma yolları açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə rusiyalı terapevt Nadejda Çernışova məlumat verib.

Həkimin sözlərinə görə, risk faktorları dəyişdirilə bilən və dəyişdirilməsi mümkün olmayan amillərə bölünür.

İrsiyyət və yaş əsas dəyişdirilməyən risk faktorlarıdır. Valideynlərdən birində şəkərli diabetin olması xəstəliyin yaranma ehtimalını artırır.

Yaş artdıqca, xüsusilə 45 yaşdan sonra risk də yüksəlir.

Dəyişdirilə bilən amillər arasında isə artıq çəki, az fiziki aktivlik və düzgün olmayan qidalanma əsas yer tutur.

Həkim diabet riskini azaltmaq üçün normal bədən çəkisini qorumağı və bel çevrəsinə nəzarət etməyi tövsiyə edib.

Çernışova fiziki aktivliyin də vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, həftədə təxminən 150 dəqiqə fiziki fəaliyyət, o cümlədən gündə orta hesabla 30 dəqiqə sürətli yerimək sağlamlıq üçün faydalıdır.

Həkim həmçinin qidalanmaya diqqət yetirməyi, təbii və faydalı məhsullara üstünlük verməyi, həddindən artıq kalorili qidalardan uzaq durmağı məsləhət görüb.