Mədəaltı vəzi xərçənginin gizli əlamətləri AÇIQLANDI

Mədəaltı vəzi xərçənginin gizli əlamətləri AÇIQLANDI Sağlamlıq

Həzmsizlik, davamlı bel və qarın ağrısı mədəaltı vəzi xərçənginin ilkin əlamətləri ola bilər.

News24.az xəbər verir ki, “Men’s Journal”ın məlumatına görə, bu barədə Mədəaltı Vəzi Xərçəngi Fəaliyyət Şəbəkəsi və Amerika Xərçəng Cəmiyyətinin mütəxəssisləri xəbərdarlıq ediblər.

Mütəxəssislərin sözlərinə görə, şiş yaxınlıqdakı orqanlara və sinirlərə təzyiq göstərərək həzm problemlərinə, qarın və bel ağrılarına səbəb ola bilər.

Xəstəliyin digər mümkün əlamətləri arasında 50 yaşdan sonra qəfil diabetin yaranması, dərinin və gözlərin saralması, qaşınma, sidiyin tündləşməsi, səbəbsiz çəki itkisi və qan laxtalanması da var.

Həkimlər bildirirlər ki, bu əlamətlər başqa xəstəliklər zamanı da müşahidə oluna bilər. Lakin simptomlar davam edərsə və ya güclənərsə, müayinədən keçmək vacibdir.