Meditasiyanın beynə 4 faydası

Meditasiyanın beynə 4 faydası Sağlamlıq

Meditasiya stressi azaltmağa və zehni rahatlaşdırmağa kömək edən düşüncə məşqidir.

News24.az-ın məlumatına görə, alimlər bildirirlər ki, müntəzəm meditasiya beyində müsbət dəyişikliklər yaradır.

1. Stressi azaldır

Meditasiya ürək döyüntüsünü və stress hormonlarını azalda bilir. Araşdırmalar göstərir ki, bu üsul gərginlik və əsəbiliyi azaltmağa kömək edir.

2. Diqqət və yaddaşı gücləndirir

Mütəmadi meditasiya diqqəti, düşünmə qabiliyyətini və özünü idarəetməni artırır. Həmçinin insanın başqalarını anlama və empati qurma qabiliyyətini gücləndirir.

3. Narahatlığı azaldır

Araşdırmalara görə, hətta 8 həftəlik meditasiya proqramı belə qorxu və narahatlıq hissini azaltmağa kömək edir.

4. Beyni qoruyur

Meditasiya yaddaş və öyrənmə ilə bağlı beyin bölgələrinin güclənməsinə kömək edir. Mütəxəssislər bildirirlər ki, bu üsul beynin daha sağlam işləməsinə müsbət təsir göstərir.