Menopoz yaşı həqiqətən erkənləşib? - Mütəxəssis açıqladı

Menopoz yaşı həqiqətən erkənləşib? - Mütəxəssis açıqladı Sağlamlıq

Menopoz yaşının son illərdə erkənləşdiyinə dair fikirlərə mütəxəssisdən aydınlıq gəlib.

News24.az-ın məlumatına görə, qadın xəstəlikləri və doğum üzrə mütəxəssis Op. Dr. Deniz Han Deniz bildirib ki, menopoz yaşının cəmiyyət üzrə əhəmiyyətli dərəcədə erkənləşdiyini göstərən kifayət qədər məlumat yoxdur.

Onun sözlərinə görə, qadınların menopoz prosesini daha erkən yaşadığını düşünməsi əsasən menopozdan əvvəlki keçid dövrü olan perimenopoz əlamətlərinin daha tez fərq edilməsi ilə bağlıdır.

Dünyada menopoz əsasən 45-55 yaş arasında müşahidə olunur. Türkiyədə isə orta yaş müxtəlif araşdırmalara görə 46-51 arasında dəyişir.

Mütəxəssis qeyd edib ki, perimenopoz zamanı menstruasiya pozuntusu, isti basması, gecə tərləməsi və yuxu problemləri yarana bilər. 40 yaşdan əvvəl bu əlamətlərin təkrarlanması isə mütləq həkim tərəfindən qiymətləndirilməlidir.