Mineral suları içərkən bunlara diqqət edin! - Mütəxəssislər xəbərdarlıq edir

Mineral suları içərkən bunlara diqqət edin! - Mütəxəssislər xəbərdarlıq edir Sağlamlıq

Mineral su orqanizmin maye və mineral balansını dəstəkləyən faydalı içkilərdən hesab olunur. Lakin mütəxəssislər onun düzgün qaydada qəbul edilməsinin vacib olduğunu bildirirlər.

News24.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, mineral suyun qısa müddətdə və həddindən artıq miqdarda içilməsi mədədə şişkinlik və narahatlıq yarada bilər. Xüsusilə həssas həzm sistemi olan insanlarda bu hal daha çox müşahidə olunur.

Onlar bu cür suları gün ərzində ölçülü şəkildə qəbul edilməsini məqsədəuyğun bilirlər. Bu, həm faydalarını artırır, həm də həzm sistemi ilə bağlı narahatlıqların qarşısını almağa kömək edir.