Mütəxəssis kondisioner istifadəsi ilə bağlı xəbərdarlıq etdi
Sağlamlıq
Fiziki Təbabət və Reabilitasiya mütəxəssisi Dr. Sidar Burcu Ateş Demiroğlu bildirib ki, kondisionerlər birbaşa xəstəlik yaratmır, lakin düzgün istifadə olunmadıqda əzələ və skelet sistemi problemlərinə səbəb ola bilər.
News24.az xəbər verir ki, onun sözlərinə görə, xüsusilə boyun, çiyin və bel nahiyələrinin uzun müddət soyuq hava axınına məruz qalması əzələ spazmı, sərtlik və ağrıya yol aça bilər.
Mütəxəssis qeyd edib ki, kondisioner havasının birbaşa bədənə yönəldilməməsi və temperaturun 22–24°C aralığında saxlanılması tövsiyə olunur.