Mütəxəssis xəbərdarlıq etdi: Yayda yemək saatlarına diqqət edin

Mütəxəssis xəbərdarlıq etdi: Yayda yemək saatlarına diqqət edin Sağlamlıq

Qidalanma və Pəhriz Mütəxəssisi Melike Gençay yay aylarında təkcə qida seçiminin deyil, yemək vaxtlarının da sağlamlıq üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

News24.az xəbər verir ki, o, səhər yeməyini vaxtında yeməyin, ana yeməkləri gec saatlara saxlamamağın və gün ərzində kifayət qədər su içməyin vacib olduğunu bildirib.

Gençay gecələr ağır və yağlı qidaların həzm sisteminə əlavə yük yaratdığını, bunun əvəzinə yüngül və balanslı qidalanmanın tövsiyə olunduğunu vurğulayıb.