Mütəxəssislər xəbərdarlıq edir: Yayda bu simptomlara diqqət edin!
Sağlamlıq
Yay aylarında artan temperatur bədənin maye itkisini sürətləndirir və susuzlaşma riskini artırır.
News24.az-ın məlumatına görə, mütəxəssislər bildirir ki, susuzluq hissini gözləmədən mütəmadi su içmək vacibdir.
Susuzlaşma bəzən sadə əlamətlərlə — baş ağrısı, zəiflik və diqqət azalması ilə özünü göstərə bilər. Uşaqlar və yaşlılar isə daha yüksək risk qrupundadır.
Həkimlər xüsusilə su tərkibi yüksək olan meyvə və tərəvəzlərin qidalanmaya əlavə edilməsini tövsiyə edirlər.