Mütəxəssislərdən xəbərdarlıq: Evinizdə bu əşya varsa, ehtiyatlı olun
Sağlamlıq
Mütəxəssislər yaz təmizliyi zamanı evlərdə istifadə olunan qalın xalçaların sağlamlıq üçün risk yarada biləcəyi barədə xəbərdarlıq ediblər.
News24.az xəbər verir ki, qalın və tüklü xalçalarda yığılan toz, kif və müxtəlif allergenlər təmizlik zamanı havaya qarışaraq xüsusilə allergiyası və tənəffüs problemi olan insanlar üçün ciddi narahatlıq yarada bilər.
Həkimlərin sözlərinə görə, belə xalçalar tozu, ev heyvanlarının tüklərini və digər zərərli hissəcikləri uzun müddət özündə saxlayır. Təmizlik zamanı isə bu maddələr yenidən havaya qalxır.
Mütəxəssislər daha çox nazik və asan təmizlənən xalçalara üstünlük verilməsini, həmçinin təmizlik zamanı otaqların yaxşı havalandırılmasını tövsiyə edirlər.