Narın ürəyə gözlənilməz təsiri ortaya çıxdı

Narın ürəyə gözlənilməz təsiri ortaya çıxdı Sağlamlıq

Narda olan maddələrin parçalanması nəticəsində yaranan "urolitin A" ürək çatışmazlığının ən çətin formasında ürəyin fəaliyyətini yaxşılaşdıra bilər.

News24.az xəbər verir ki, bu fikirlə London Kral Kollecinin alimləri çıxış ediblər.

Siçanlar üzərində aparılan təcrübələrdə maddə ürəyin fəaliyyətini yaxşılaşdırıb, ürək əzələsinin qalınlaşmasını və çapıq toxumasının yaranmasını azaldıb. İnsan ürək toxuması üzərində aparılan sınaqlarda da oxşar nəticələr əldə olunub.

Alimlər bildirirlər ki, nəticələr ümidvericidir, lakin hələlik narın ürək çatışmazlığının müalicəsi kimi qəbul edilməsi tövsiyə olunmur.