Nəfəs darlığını sadə yorğunluq saymayın – Təhlükəli siqnal ola bilər
Sağlamlıq
Pilləkən qalxarkən nəfəs darlığı ciddi xəstəlik əlaməti ola bilər
Qısa məsafə yeridikdə və ya pilləkən qalxarkən nəfəsin çatmaması sadə yorğunluq kimi qəbul edilməməlidir.
News24.az xəbər verir ki, mütəxəssislər bunun ciddi xəstəliklərin ilkin əlaməti ola biləcəyini bildirirlər.
Həkimlər qeyd edirlər ki, nəfəs darlığı ağciyər və ya ürək xəstəlikləri ilə bağlı ola bilər və buna görə mütləq müayinə olunmaq lazımdır.
Astma və xroniki ağciyər xəstəliyi kimi problemlər nəfəs darlığının əsas səbəbləri arasında göstərilir. Bu xəstəliklər vaxtında aşkarlanmadıqda vəziyyət daha da ağırlaşa bilər.
Mütəxəssislərin sözlərinə görə, gündəlik həyatda artan nəfəs darlığı müşahidə edilərsə, gecikmədən həkimə müraciət etmək vacibdir.