Öskürək zamanı bu qidalardan uzaq durun
Sağlamlıq
Öskürəyin kəskin mərhələsində sitrus meyvələrindən və şirniyyatlardan uzaq durmaq tövsiyə olunur.
News24.az xəbər verir ki, bunu rusiyalı pulmonoloq, allerqoloq-immunoloq Pavel Berejanski deyib.
Həkim bildirib ki, portağal və naringi tənəffüs yollarının selikli qişasını daha da qıcıqlandıra bilər. “C” vitamini isə öskürək artıq başladıqdan sonra xəstəliyin gedişinə ciddi təsir göstərmir.
Həkimin sözlərinə görə, üzüm və şokolad da xəstəliyin ilkin mərhələsində məsləhət görülmür, çünki şəkər bakteriyaların çoxalmasını sürətləndirə bilər.
Berezanski soyuqdəymə zamanı toyuq bulyonu qəbul etməyi tövsiyə edib.
Onun sözlərinə görə, toyuğun dərisində olan sistein seliyi duruldaraq bəlğəmin xaric olunmasını asanlaşdıra bilər.