Ötən ay 18 aptekdə nöqsanlar aşkarlandı

Ötən ay 18 aptekdə nöqsanlar aşkarlandı Sağlamlıq

Bu ilin may ayında ümumilikdə 56 aptekdə yoxlama aparılıb.

Bu barədə News24.az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yoxlamalardan biri Bakıda, 55-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 55-i planlı, biri isə plandankənar olub.

Nəticələrə əsasən, 18 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.

Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati protokollar tərtib olunub.