Paltarları evdə qurutmaq təhlükə yarada bilər – Xəbərdarlıq

Paltarları evdə qurutmaq təhlükə yarada bilər – Xəbərdarlıq Sağlamlıq

Bəzi gündəlik vərdişlər fərqinə varmadan sağlamlığa ciddi zərər verə bilər.

News24.az xəbər verir ki, mütəxəssislər siqaretlə yanaşı, ev şəraitində zərərsiz görünən bəzi davranışların da ağciyər sağlamlığı üçün risk yaratdığını bildirirlər. Onların sözlərinə görə, yaşayış məkanlarında görünməyən təhlükələrə qarşı daha diqqətli olmaq vacibdir.

Qeyd olunur ki, ağciyərlərə təkcə infeksiyalar deyil, ətraf mühit amilləri də mənfi təsir göstərir. Mütəxəssislər ağciyərlərin oksigen qəbulu və karbon qazının xaric olunması kimi həyati funksiyaları yerinə yetirdiyini xatırladaraq, həm sağlam insanların, həm də tənəffüs yolu xəstəlikləri olan şəxslərin bu məsələyə həssas yanaşmalı olduqlarını vurğulayıblar.

Onların sözlərinə görə, paltarların qapalı məkanda qurudulması evdə rütubəti artırır, kifin yaranması üçün əlverişli mühit formalaşdırır. Görünməyən kif sporları isə tənəffüs yolları vasitəsilə ağciyərlərə keçərək ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Mütəxəssislər həmçinin ağartıcı, xlorid turşusu və güclü təmizləyici vasitələrin nəzarətsiz istifadəsinin ağciyərləri qıcıqlandıra biləcəyini bildiriblər. Xüsusilə allergiya və astma xəstələrində bu maddələrin vəziyyəti daha da ağırlaşdıra biləcəyi qeyd olunub.