Payızda mədə-bağırsaq problemlərindən necə qorunmalıyıq?
Sağlamlıq
Payızda qidalanmada edilən kəskin dəyişikliklər mədə-bağırsaq problemlərinə səbəb ola bilər.
News24.az xəbər verir ki, dietoloq Tatyana Zaletova payız pəhrizinə tədricən keçməyi tövsiyə edib.
Onun sözlərinə görə, meyvə və tərəvəzləri əvvəlcə bişmiş formada qəbul etmək daha məqsədəuyğundur. Çiy qidalar isə tədricən və yaxşı çeynənərək qida rasionuna əlavə edilməlidir.
Dietoloq isti yemək və içkilərə üstünlük verməyi, hər gün eyni vaxtda qidalanmağı və yeməkləri buraxmamağı məsləhət görüb.
Zaletova həmçinin yağlı şorbalar, zəngin bulyonlar və qızardılmış ətlərdən çox istifadə etməməyi tövsiyə edib. Onun fikrincə, az yağlı şorbalar, qaynadılmış və ya buxarda hazırlanmış ət və balıq daha uyğun seçimdir.