Piylənmə dərmanı körpələrin beynini qoruya bilər

Piylənmə dərmanı körpələrin beynini qoruya bilər Sağlamlıq

Piylənmənin müalicəsində istifadə olunan GLP-1 əsaslı dərmanların oksigen çatışmazlığı səbəbindən yeni doğulmuş körpələrin beynində yaranan zədələnmələri azalda biləcəyi müəyyənləşib.

News24.az xəbər verir ki, bunu İsveçin Qöteborq Universitetinin tədqiqatçıları bildiriblər.

Alimlər heyvanlar üzərində apardıqları təcrübələrdə GLP-1 reseptorlarına təsir edən dərmanların oksigen çatışmazlığından sonra sinir hüceyrələrini qoruduğunu müəyyən ediblər.

Tədqiqatçılar dərmanın çətin doğuşdan sonra ilk iki-üç gün ərzində istifadə imkanlarını araşdırırlar. Bu müddətdə müalicənin beyin zədələnməsinin təsirlərini azaltması gözlənilir.

Lakin alimlər dərmanın yeni doğulmuş körpələr üçün təhlükəsiz və effektiv olduğunu hələ təsdiqləməyiblər. İndiyədək əldə olunan nəticələr yalnız heyvanlar üzərində aparılan təcrübələrə əsaslanır.

Növbəti mərhələdə yeni doğulmuş körpələr üzərində tədqiqatların aparılması və dərmanın təhlükəsizliyinin qiymətləndirilməsi planlaşdırılır.