Piylənməsi olanların nəzərinə - Həkimdən xərçəng xəbərdarlığı

Piylənməsi olanların nəzərinə - Həkimdən xərçəng xəbərdarlığı Sağlamlıq

Piylənmə süd vəzi xərçəngi riskini xeyli artırır.

News24.az xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin İ.İ. Dedov adına Milli Tibbi Endokrinologiya Tədqiqat Mərkəzinin mama-ginekoloqu, tanınmış mammoloq Anna Vesnina yerli mediaya müsahibəsində deyib.

O qeyd edib ki, hazırkı faktlara və araşdırmalara əsasən piylənmənin birinci dərəcəsi döş xərçəngi riskini artırır: "Lakin daha yüksək dərəcəli piylənmələr təhlükəni genişləndirir. Bu, məlum ağır xəstəliklə bağlı riskləri getdikcə daha da artırır..."

Mütəxəssisin sözlərinə görə, bədən kütlə indeksinin hər kvadratmetrə 27 kiloqramdan artıq olması artıq süd vəzisi xərçənginin inkişaf etmə riski ilə əlaqələndirilir. Vesnina qeyd edib ki, artıq dünyada təxminən 18 onkoloji xəstəlik bədən çəkisi ilə əlaqələndirilir. Ümumilikdəisə piylənmə bədxassəli şişlərdən ölüm riskini artırır.