Qadınlar yayda bunlara diqqət etməlidir
Sağlamlıq
Yay aylarında isti hava və yüksək rütubət qadınlarda infeksiya riskini artırır. Mütəxəssislər bildirirlər ki, sadə gigiyena qaydalarına əməl etməklə bu riskin qarşısını almaq mümkündür.
News24.az xəbər verir ki, ginekoloq Həsən Can Toyqanözünün sözlərinə görə, dəniz və ya hovuzdan sonra islaq çimərlik paltarında qalmaq göbələk infeksiyalarına səbəb ola bilər. Bu səbəbdən sudan çıxan kimi quru paltar geyinmək tövsiyə olunur.
Həkim həmçinin gün ərzində kifayət qədər su içməyi, pambıq alt paltarına üstünlük verməyi, ətirli gigiyena vasitələrindən istifadə etməməyi və təmizliyindən əmin olmadıqları hovuzlardan uzaq durmağı məsləhət görür.
Qaşınma, yanma, pis qoxulu ifrazat və ya sidik ifrazı zamanı narahatlıq kimi əlamətlər yarandıqda isə özbaşına müalicə etməmək və həkimə müraciət etmək tövsiyə edilir.