Qəbizlik zamanı kivi yeyin - Dietoloqdan məsləhət

Qəbizlik zamanı kivi yeyin - Dietoloqdan məsləhət Sağlamlıq

Qəbizlik zamanı kivi almadan daha yaxşı təsir göstərir.

News24.az xəbər verir ki, bunu dietoloqlar Marsi Vaske və Monika Ambern bildirib.

Onların sözlərinə görə, 4 həftə ardıcı, gündə iki ədəd kivi yemək bağırsağın funksional pozğunluqlarından əziyyət çəkən insanlarda qəbizliyi azaldır.

Kivinin həzm sistemi üçün faydası onun tərkibində ağır qidaları həzm etməyə kömək edən aktinidin fermentinin, eləcə də həll olunan və həll olunmayan liflərin olması ilə izah olunur.

Kivinin tərkibindəki lif almadan və ya buğda kəpəyindən daha çox suyu saxlaya bilmə və udma qabiliyyətinə malikdir.

Mütəxəssislər almanın da bağırsaq fəaliyyəti üçün faydalı olduğunu, lakin bunun əsasən nəcis kütləsini yumşaltmağa kömək edən pektin hesabına baş verdiyini vurğulayıblar.

Kivi isə nəcisin həcmini və konsistensiyasını yaxşılaşdıraraq bağırsaqların müntəzəm boşalmasını təmin edir.