Qəhvə sevənlərə xoş xəbər
Sağlamlıq
Yeni elmi araşdırma gündə 5 fincana qədər kofeinli qəhvənin əksər sağlam insanlar üçün təhlükəsiz ola biləcəyini göstərib.
News24.az xəbər verir ki, Amerika Ürək Assosiasiyasının açıqlamasına görə, gündəlik 400 milliqrama qədər kofein qəbulu ürək-damar xəstəlikləri riskini artırmır. Araşdırmada gün ərzində 2-4 fincan qəhvə içənlərdə ürək xəstəliyi, ürək çatışmazlığı və insult riskinin daha aşağı olduğu da qeyd edilib.
Mütəxəssislər isə qəhvəyə daha çox şəkər və şərbət əlavə edilməməsini tövsiyə edirlər. Enerji içkiləri və yüksək dozada kofeinin isə ürək döyüntüsünün pozulması və təzyiqin yüksəlməsi kimi risklər yarada biləcəyi bildirilib.