Qışda ən çox bu meyəvələr yeyilir

Qışda ən çox bu meyəvələr yeyilir Sağlamlıq

Payızın sonuna yaxın balqabaq və alma mövsümü başa çatır, onların yerini isə qış aylarında yetişən digər meyvələr tutur. Nar, xurma, portağal, pomelo və kivi bu dövrdə mağaza rəflərində daha çox görünən meyvələr sırasındadır.

News24.az xəbər verir ki, narın əsas yetişmə dövrü sentyabr-noyabr aylarına təsadüf edir. Yeni məhsulun ilk partiyaları payızın əvvəlində satışa çıxarılır, oktyabr ayından etibarən isə tədarük genişlənir.

Xurma mövsümü isə oktyabrın ortalarından dekabr ayına qədər davam edir.

Portağal mövsümü payız aylarında başlayır. Türkiyə və Mərakeşdə məhsul yığımı oktyabr-noyabr aylarında həyata keçirilir. Dekabr ayından etibarən Misirdə yetişdirilən göbək portağalları da bazara daxil olur.

Qış aylarında pomeloya da tələbat artır. Meyvənin əsas yetişmə dövrü dekabr-fevral aylarını əhatə edir. Bu müddətdə pomelo daha ətirli və şirin-turş dada malik olur.

Kivi isə ilboyu satışda olsa da, əksər növlərinin yetişmə mövsümü noyabr-aprel aylarını əhatə edir.