Qocalma prosesini ləngidən giləmeyvə AÇIQLANDI
Sağlamlıq
Qaragilə orqanizmdə qocalma prosesini ləngitməyə kömək edir.
News24.az xəbər verir ki, bu barədə rusiyalı həkim-endokrinoloq Anton Polyakov məlumat verib.
Mütəxəssisin sözlərinə görə, bu giləmeyvənin tərkibində hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyan və orqanizmdə iltihabi prosesləri azaldan antosianlar (güclü antioksidantlar) var:
“Antosianlar eyni zamanda damarları möhkəmləndirdiyi üçün ürək-damar xəstəliklərinin profilaktikasında müstəsna rol oynayır”.
Həkim əlavə edib ki, qaragilə sümük toxuması və qan dövranı üçün vacib olan K vitamini, görmə qabiliyyətini yaxşılaşdıran A vitamini, həmçinin gözləri yaşla bağlı dəyişikliklərdən qoruyan lyutein maddəsi ilə də zəngindir. (Qafqazinfo)