Qonşu ölkədə xərçəngə qarşı peyvənddən istifadə edildi
Sağlamlıq
Rusiyada ilk beş xəstəyə xərçəngə qarşı peyvənd vurulub.
News24.az xəbər verir ki, Federal Tibbi və Bioloji Agentliyin ( FMBA ) rəhbəri Veronika Skvortsova "İzvestiya"ya verdiyi müsahibədə ilk beş xəstənin yoğun bağırsaq xərçənginə qarşı peyvənd aldığını açıqlayıb.
Hələlik bu, yalnız kolorektal xərçənglə bağlıdır. Daha 30 xəstə peyvənd gözləyir.
Skvortsova əlavə edib ki, "Biz bu prosesə mart ayında başladıq və ilk xəstə artıq altı gündür ki, peyvəndi qəbul edib". O, xəstələrin dərmanı yaxşı qəbul etdiyini və onun effektivliyinin qiymətləndirilməsinin daha sonra aparılacağını aydınlaşdırıb.
Daha əvvəl Rusiya Elmlər Akademiyasının akademiki və Qamaleya Mərkəzinin direktoru Aleksandr Ginzburq xərçəng peyvəndinin bir neçə xərçəng növünün müalicəsində istifadə olunacağını açıqlamışdı . Ginzburqa görə, xərçəng müalicəsində növbəti addım kiçik hüceyrəli olmayan ağciyər xərçəngini hədəf almaq olacaq. (Milli.Az)