Qripin soyuqdəymədən fərqləndirən cəhət
Sağlamlıq
Qrip digər kəskin respirator virus infeksiyalarından fərqli olaraq, orqanizmin kəskin intoksikasiyası ilə başlayır.
News24.az xəbər verir ki, bu barədə rusiyalı tibb elmləri Yelena Malinnikova məlumat verib.
Onun sözlərinə görə, qrip zamanı ilk növbədə güclü baş ağrısı, oynaqlarda və əzələlərdə ağrı, eləcə də ciddi halsızlıq müşahidə olunur. Bədən hərarəti cəmi bir saat ərzində normal səviyyədən 39 dərəcəyədək yüksələ bilər.
Virusoloq qeyd edib ki, qrip ilkin mərhələdə öskürək, burun axması və boğaz ağrısı ilə başlamır. Bu simptomlar adətən xəstəliyin başlanmasından bir neçə gün sonra ortaya çıxır.
Mütəxəssisin sözlərinə görə, qrip virusu kiçik qan damarlarının divarlarını zədələyə bilər. Bu isə orqanların daxilində və səthində qanaxmalara səbəb ola bilər. Xüsusilə qan durulaşdırıcı preparatlar qəbul edən insanlarda burun və diş əti qanaxmaları, eləcə də düz bağırsaqdan qanaxma riski yarana bilər.
Malinnikova bildirib ki, belə pasiyentlərə tərkibində, məsələn, C vitamini olan preparatlar təyin edilərkən ehtiyatlı olmaq lazımdır. Çünki bu vitamin bəzi damarların keçiriciliyini artıra bilər.
Həkim əlavə edib ki, qrip düzgün müalicə olunmadıqda xəstədə ciddi fəsadlar yarana bilər.